Çexiya 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan neft idxalını 20% - 1,6 milyon tona qədər artırıb.
Azərbaycanda neft hasilatı və ixracı durmadan azalır – YENİ RƏQƏMLƏR
FED.az xəbər verir ki, Çexiya Statistika İdarəsinin məlumatına görə, Azərbaycan Çexiyaya təqribən 1 milyard avro dəyərində neft (azalma 6,2%) ixrac edib.
Yanvar-oktyabr aylarında Çexiya neft idxalını ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1% - 6,2 milyon tona qədər artırıb. Tədarükün dəyəri təxminən 3,2 milyard avro (-17,9%) təşkil edir.
Yanvar-oktyabr aylarında Çexiyaya neftin əsas tədarükçülərinin üçlüyünə Rusiya (1,6 milyard avro məbləğində 3,7 milyon ton), Azərbaycan (1 milyard avro məbləğində 1,6 milyon ton) və Qazaxıstan (294,1 milyon avro məbləğində 482,9 min ton) daxil olub.
Oktyabrda Çexiya 447 milyon avro dəyərində (+8,5%) 677,9 min ton neft (+2,9%) idxal edib.
Hesabat ayında Çexiyaya neft tədarükçülərinin ilk üçlüyünə Rusiya (159,3 milyon avro məbləğində 251,1 min ton), Azərbaycan (131,2 milyon avro məbləğində 187,8 min ton) və Qayana (70,5 milyon avro məbləğində 110,8 min ton) daxil olub.
Oktyabrda Azərbaycandan Çexiyaya neft tədarükü miqdar ifadəsində 2,1% artıb, dəyər ifadəsində 9,8% azalıb. (İnterfaks-Azərbaycan)