Azərbaycandan bu ilin yanvar-avqust aylarında Böyük Britaniyaya 514 min 927 ton neft ixrac edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Böyük Britaniyaya ixrac edilmiş neftin dəyəri isə 237,1 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 135,2 min ton (20,8%), dəyərində isə 153,8 milyon dollar (39,4%) azalma baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayında isə Azərbaycan Böyük Britaniyaya 390,9 milyon dollar dəyərində 650 min 115 ton neft ixrac etmişdi.
Bu ilin yanvar-avqust aylarının nəticələrinə görə Böyük Britaniyaya ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 783 manat (1 barel 107 manat) olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 239 manat (23,4%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 1022 manata (1 barel 140 manat) bərabər olub.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında Böyük Britaniya 2025-ci ildə 7-ci, 2024-cü ildə isə 8-ci yerdə olub.