Azərbaycandan bu ilin yanvar-avqust aylarında Rumıniyaya 778 min 616 ton neft ixrac edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Rumıniyaya ixrac edilmiş neftin dəyəri isə 429,3 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 344,8 min ton (79,5%), dəyərində isə 160,2 milyon dollar (59,5%) artım baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayında isə Azərbaycan Rumıniyaya 269,2 milyon dollar dəyərində 433 min 833 ton neft ixrac etmişdi.
Bu ilin yanvar-avqust aylarının nəticələrinə görə Rumıniyaya ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 937 manat (1 barel 128 manat) olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 118 manat (11,2%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 1 055 manata (1 barel 145 manat) bərabər olub.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında Rumıniya 2025-ci ildə 5-ci, 2024-cü ildə isə 9-cu yerdə olub.