Azərbaycan 2020-ci ilin yazında alternativ enerji sahəsində 8 ərazi üzrə hərrac elan edəcək.
Eləcə də bax: Qiyməti 100-2500 dollar olacaq – YATIRIM EDİB QAZANMAQ OLAR – YENİ STARTAP
FED.az biznes portalı "APA"ya istinadən xəbər verir ki, bunu Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov Bakıda keçirilən Beynəlxalq Enerji Xartiyası Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hərraclar Azərbaycanın 8 coğrafi məkanında 5 külək və 3 günəş enerjisi stansiyalarının quraşdırılması layihələri üzrə elan ediləcək.
S. Axundov qeyd edib ki, Azərbaycanın külək enerji potensialı 3 min MVt, günəş enerjisi üzrə isə bu göstərici 20 min MVt-dan artıqdır.
“Əsas məqsəd 2030-cu ildə alternativ və bərpa olunan enerji mənbələrinin Azərbaycanda istehsal edilən elektrik enerjisində payını 30%-ə çatdırmaqdır”, - deyə S. Axundov əlavə edib.
Agentliyin rəsmisi onu da qeyd edib ki, Strateji yox xəritəsinə uyğun olaraq Azərbaycanda bərpa olunan enerji üzrə 420 MVt-lıq stansiyalar tikiləcək. Bunun 350 MVt-ı külək, 50 MVt-ı günəş, qalan 20 MVt-ı isə biokütlə stansiyalarının payına düşəcək.
Qeyd edək ki, hazırda alternativ enerji mənbələrinin respublika üzrə elektrik enerjisinin istehsalında 8,1%-dir.