Bu il artıq Rumıniyaya qazın nəqli başlayıb. Yunanıstan, İtaliya və Bolqarıstana qaz nəql edilir, Albaniyada qazpaylayıcı şəbəkənin yaradılması layihəsinə sərmayə qoyuluşuna dair danışıqlar aparılır.
Azərbaycan Avropanın ən kasıb ölkəsi ilə - ƏMƏKDAŞLIĞA BAŞLAYIR - AVROPAYA YATIRIM İMKANI
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışında deyib.
Albaniyanın tranzit ölkəsi olmasına baxmayaraq, qazpaylayıcı şəbəkəyə malik olmadığını bildirən dövlətimizin başçısı deyib: “Biz həmin şəbəkənin yaradılmasına böyük sərmayə yatırmağı planlaşdırırıq. Hazırda biz 6 ölkəyə qaz ixrac ediriksə, işlər qrafik üzrə getsə və fors-major halları olmasa, ölkələrin sayı bir ilə 10 ola bilər. Bu, hələ yekun deyil”.
Qeyd edək ki, elə bu gün, mayın 4-də Albaniyanın Tirana şəhərində Azərbaycan-Albaniya iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə İşçi Qrupunun ilk iclası keçiriləcək. Tədbirdə Azərbaycanı energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
İclasda iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticari-iqtisadi, energetika, kənd təsərrüfatı, nəqliyyat, rabitə, mədəniyyət, turizm və digər sahələr üzrə müzakirələrin aparılması nəzərdə tutulur.