4 may tarixində Albaniyanın Tirana şəhərində Azərbaycan-Albaniya iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə İşçi Qrupunun ilk iclası keçiriləcək.
SOCAR-ın Bolqarıstanda ofisi açıldı - İlham Əliyev açılış mərasimində - İŞTİRAK EDİB
FED.az xəbər verir ki, tədbirdə ölkəmizi energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
İclas zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticari-iqtisadi, energetika, kənd təsərrüfatı, nəqliyyat, rabitə, mədəniyyət, turizm və digər sahələr üzrə müzakirələrin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, hazırda Albaniya Avropanın Ukrayna və Moldovadan sonra ən kasıb ölkəsi sayılır. 2 milyon 877 min əhalisi olan ölkədə adambaşına düşən ÜDM həcmi 12 484 dollar, orta aylıq əmək haqqı isə 461 dollar təşkil edir. Müqayisə üçün bildirək ki, Azərbaycanda orta aylıq əmək haqqı 488 dollar çatır.
Yunanıstan, Serbiya və Monteneqro arasında yerləşən ölkədə ÜDM-in təxminən 60%-i xidmət sektoru, 19%-i sənaye sahəsidir. Ölkə iqtisadiyyatı əsasən kənd təsərrüfatına əsaslanır. Albaniya uzun müddət təcrid vəziyyətində olub, yəni başqa ölkələrlə əlaqəsi cüzi olub.
Doğrudur, ölkə ərazisində faydalı qazıntı yataqları var: neft, qaz və filizlər. Onların sayı çox olmasa da, bir çox iqtisadi analitiklərin fikrincə, investisiyaların olması ilə Albaniya yüksək sosial səviyyəyə və sürətlə inkişaf edən iqtisadiyyata malik sənayeləşmiş ölkəyə çevrilə bilər.
Bu halda xarici kapitalın cəlb edilməsi ehtimalı da istisna edilmir. Baxmayaraq ki, Albaniya Cənubi Avropanın kiçik bir ölkəsidir. Lakin hazırda bu sahələrdə inkişaf dinamikası yoxdur və Albaniya Avropanın ən kasıb ölkələrindən biri sırasındadır.
Bunu nəzərə alanda Albaniya xaricə yatırım üçün imkanları nəzərdən keçirən Azərbaycanın Avropa bazarına investor kimi daxilolması üçün olduqca cəlbecidi istiqamət ola bilər.