Yanvar-fevral aylarında təbii qaz ixracı ötən ilin eyni dövrünə nisbətən 13% artıb.
FED.azxəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirir.
O qeyd edir ki, Avropaya 1.9 mlrd. kub-metr, Türkiyəyə 1.7 mlrd. kub-metr, Gürcüstana isə 0.7 mlrd. kub-metr qaz ixrac olunub.
Bu müddətdə TANAP Türkiyəni 0.9 mlrd. kub-metr qazla təchiz edib.