Azad olunan ərazilərin qazlaşdırılması ilə bağlı layihələndirmə işlərinin aparılması başa çatıb.
Eləcə də bax: "Azəriqaz": Qarabağın qazlaşması planına - DƏYİŞİKLİKLƏR OLUNACAQ
FED.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün "Yaşıl iqtisadiyyat" kitabının təqdimat mərasimindən sonra Trend-ə özəl açıqlamasında deyib.
O bildirib ki, hələlik həmin ərazilərdə bununla bağlı əlavə işlər başlanmayıb.
"Biz bununla bağlı Energetika Nazirliyinin tərkibindəki komissiyada iştirak edirik. Plan olaraq ancaq layihələndirmə işləri aparılıb. Hələlik qaz xətlərinin çəkilməsi ilə bağlı işlərin başlanılacağı vaxt məlum deyil. Bununla bağlı lazımı göstəriş veriləndən sonra işlərə başlanacaq", - deyə o, əlavə edib. (Trend)