Avropa ölkələrinin məruz qaldığı isti hava qaz qiymətlərini yeni həddə çatdırıb. Hazırda “mavi yanacağın” 1 000 kubmetri 363 ABŞ dollarına satılır.
Eləcə də bax: "Azərbaycan ilə Liviyada - Ortaqlıq Edə Bilərik"
FED.az Neft-Qaz İnformasiya Agentliyinə istinadən xəbər verir ki, bu, Niderlandın TTF habında qeydə alınmış qazın tədarük qiymətidir.
Bu, 2018-ci ilin martından indiyədək ən yüksək göstəricidir.
Xatırladaq ki, 3 il əvvəl Avropada soyuq qış səbəbindən 1 000 kubmetr qazın qiyməti 1 000 ABŞ dollarınadək yüksəlmişdi.
2021-ci ilin yanvarından etibarən TTF habında orta qiymət 1 000 kubmetr üçün 264 ABŞ dolları olub. Rusiyanın qaz ixracatçısı olan “Qazprom”un büdcəsində isə qazın 2021-ci il üçün qiyməti 1 000 kubmetr üçün 170 ABŞ dolları kimi nəzərdə tutulub.
Nəşr qeyd edir ki, isti səbəbindən kondisionerlər üçün enerji sərfiyyatı artıb. Elektrik stansiyaları daha çox qaz sərf etmək məcburiyyətində qalıblar. (Report)