Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada mətbuata bəyanatında, "SOCAR ilə “Türkiyə Petrolları”nın (TPAO) üçüncü ölkələrdə də investisiya qoymaq məsələsini qardaşımla (Azərbaycan Prezidenti İlham Əliyev) birlikdə müzakirə etdik" məlumatını vermişdi.
Eləcə də bax: SOCAR Türkiyə ilə birlikdə Qara dənizdəki - Qaz Yataqlarını İşlətməyə Hazırdır
FED.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan, Azərbaycana səfəri əsnasında jurnalistlərin gündəmə bağlı suallarını cavablandırıb. Ərdoğan bildirib ki, SOCAR ilə TPAO Liviyada birgə iş görə bilər.
Ərdoğan Azərbaycanın təbii qaz və neft axtarışı, hasilatı üzrə çox təcrübəli olduğunu bildirib, Qaradənizdə və ya başqa bölgələrdə Azərbaycan ilə bu sahələrdə ortaqlıq edilib edilməyəcəyi sualına bu cavabı verib:
"Hazırda Azərbaycanla bizim TANAP və TAP-da bir həmrəyliyimiz söz mövzusudur. Bunun xaricində, biz addım ata bilərik. Bu nə ola bilər? Məsələn, hazırda bizim “Türkiyə Petrolları”nın Azərbaycan ilə əməkdaşlığı var. Necə hazırda TAP-da, TANAP-da tərəfdaşlığımız varsa, biz qiymətli dostum İlham Əliyev qardaşımızla belə bir addımı Liviyada da ata bilərik. Onların bu mövzularda yaxşı təcrübəsi var. Eyni təcrübə bizdə də olduğuna görə, hətta emal sahəsində də bəzi addımlar atmaq mümkündür. Bu cür addımları da ata bilərik.
Mən qardaşım Əliyevə bu təklifi etdim. O da belə bir şeydən məmnun olacağını, belə bir addıma özlərinin də qoşulacaqlarını söylədi. Xahişim odur ki, bu addımları birlikdə atmaqla yalnız Avropaya açılmaq deyil, həm öz ölkəmizdə, həm çox daha fərqli ölkələrə yayılarıq". (Marja)