Avropada qazın qiymətinin artması yeni mövsümün başlaması, eyni zamanda, qitədə potensial mənbələrdən hədəflənən təbii qazın idxal edilə bilməməsi ilə bağlıdır.
Bolqarıstanda qaz Azərbaycandan tədarüklər hesabına - UCUZLAŞDI
FED.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat diqqətə çatdırıb ki, həm sənayedə, həm də məişətdə mavi qaza tələbat yüksəkdir: “Qızdırma sistemlərində “mavi yanacaq”dan istifadə olunmasını nəzərə alsaq, artıq oktyabrdan etibarən Avropada tələbin artması müşahidə olunur. Lakin tələbin artması fonunda Avropaya idxal edilən təbii qazın həcmində kəskin artımlar yoxdur. Baxmayaraq ki, Azərbaycan bu il Avropaya nəql etdiyi qazın həcmini 12 milyard kubmetrə çatdıracaq (ötən il bu rəqəm 11,4 milyard kubmetr idi)”.
İqtisadçı deputat qeyd edib ki, bütün bunlarla yanaşı, Avropanın təbii qaz tələbinin və ya istehlakının kifayət qədər yüksək olduğunu nəzərə alsaq, Avropanın “mavi yanacaq” bazarında tələblə təklif arasında fərq qalmaqdadır: “Məhz bu fərq “mavi yanacağ”ın qiymətinə təsir göstərir. Sözsüz, Azərbaycan Avropaya təbii qaz satır və qiymətin artması bizim dövlət gəlirlərimizin artması baxımından vacibdir. Bu istiqamətdə idxaldan daha çox gəlirin əldə edilməsinə imkan yaradır”.
V.Bayramov vurğulayıb ki, Avropaya qaz təminatında digər mənbələrdən hədəflənən idxalı həyata keçirmək mümkün olmasa Avropada qazın qiymətində yeni artımlar müşahidə oluna bilər. (Azərtac)