Azərbaycan Serbiyada elektrik stansiyasının tikintisində iştirak edəcək.
FED.az xəbər verir ki, bu məsələ “Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevin Serbiya Baş nazirinin müavini, maliyyə naziri Sinisa Mali və Mədən və Energetika naziri Dubravka Djedoviclə görüşündə müzakirə edilib.
Görüşdə hər iki ölkənin enerji sistemləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Burada elektrik enerjisinin Azərbaycandan Serbiyaya ixracının yaxın zamanda həyata keçirilməsi və ölkəmizin Avropaya yeni çıxış imkanı yaradacaq enerji dəhlizlərində iştirakı müzakirə edilib. Eləcə də Serbiyada yeni tikiləcək Elektrik Stansiyası layihəsində müştərək fəaliyyətin təşkili və bu məqsədlə birgə işçi qrupunun yaradılması barədə də müzakirələr aparılıb.