G7 ölkələri və Avstraliya tərəfindən Rusiya neftinə 60 dollarlıq qiymət limiti və ixrac embarqosu tətbiq edildikdən sonrakı 1 tam həftə ərzində (12-16 dekabr) Rusiya neftinin ixacı 54% azalıb.
Aİ embarqosundan sonra gəmi sahibləri Rusiya neftini nəql etməkdən - İMTİNA EDİR
FED.az biznes və maliyyə xəbərləri portalı «Bloomberg»ə istinadən xəbər verir ki, embarqodan sonrakı həftə ərzində Rusiyaı neftinin ixracı 1,84 milyon barel azalaraq 1,6 milyon barelə düşüb.
Nəşr yazır ki, bu vəziyyətə Rusiyadakı neft borularındakı qəzalar da səbəb olub – belə ki, Sakit Okean istiqamətinə neft ixracı ümumiyyətlə 4 dəfə azalıb.