Dekabrın 5-də Avropa İttifaqının (Aİ) Rusiya neftinin dəniz yolu ilə daşınmasına dair embarqosu qüvvəyə mindikdən, habelə xammala qiymət tavanı kimi 60 dollar/barel səviyyəsinin tətbiqindən sonra bəzi tanker sahibləri ESPO markalı neftin Uzaq Şərq limanlarından nəqlindən imtina etməyə başlayıb.
Türkiyədən neft tankerlərinin boğazlardan keçidi ilə bağlı - AÇIQLAMA
FED.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi tankerlərin izlənməsi məlumatlarına istinadən məlumat yayıb.
“Xammala qoyulan məhdudiyyətlərin başlanmasından keçən 10 gün ərzində Kozminoda tankerlərə 4,4 milyon barel neft yüklənib. Bir ay əvvəlki analoji dövrdə 8,8 milyon barel yüklənmişdi. İki böyük və tanınmış gəmiçilik şirkəti - Çinin “Cosco Shipping Corp.” və Yunanıstan qeydiyyatlı “Avin International Ltd.” dekabrın 5-dən etibarən “Şərqi Sibir-Sakit okeanı” (ESPO) neft kəməri vasitəsilə neft nəql etməkdən imtina edib”, - məlumatda deyilir.
Bu səbəbdən azı beş tankerin xammalı daşıyan gəmilərin müntəzəm hovuzundan çıxdığı bildirilir. “Bununla belə, əgər fraxtçılar tankerləri sifariş etməkdə çətinliklərlə üzləşməyə davam edərlərsə, axınlar daha da çətinləşə bilər”, - məqalədə izah olunur. (Report)