Bu il Avropa ciddi qaz çatışmazlığı ilə üzləşə bilər.
Eləcə də bax: Novak: "Qazın qiyməti gələn il də yüksək olacaq"
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə INES qaz və hidrogen saxlama sistemlərinin alman operatorları assosiasiyasının rəhbəri Sebastyan Bleşke bildirib.
Bleşkenin sözlərinə görə, hazırda Avropada qaz anbarları orta hesabla 56% doludur ki, bu da son 10 ildəki orta göstəricidən 15%-dən çox aşağıdır.
"Qarşıda iki ən soyuq qış ayı olduğundan, Avropanın qazsız qala biləcəyi ilə bağlı qorxular var", - INES rəhbəri təklif edib.
Eyni zamanda, Bleşke qeyd edib ki, Rusiya ixracının artımı dayanarsa, 2022-ci ilin mart ayının sonuna qədər Avropadakı anbarlarda qaz ehtiyatları 15%-ə düşə bilər.
"Bəziləri böhranın ABŞ-ın LNG layihələrinin növbəti dalğasının qlobal bazara tədarükün başlayacağı 2025-ci ilə qədər davam edə biləcəyini söyləyir", - Bleşke qeyd edib.