Gələn il təbii qazın qiyməti kifayət qədər yüksək səviyyədə olacaq.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.
"Tələb və təklif balansı elədir ki, qazın qiyməti kifayət qədər yüksəkdir. Düşünürəm ki, gələn il də bu, yüksək səviyyədə olacaq", - Novak bildirib.
O əlavə edib ki, Rusiya həmişə uzunmüddətli qaz müqavilələrinin tərəfdarı olub.
"Avropada qazın idxalı təxminən 250-300 mlrd. kubmetr olanda, onun haradan gələcəyini anlamaq və fikrimcə, ilk növbədə uzunmüddətli müqaviləyə arxalanmaq lazımdır", - Baş nazirin müavini vurğulayıb.
Xatırladaq ki, dekabrın 21-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 190,4 dollaradək yüksəlib.