Energetika Nazirliyinin yaydığı məlumata görə, 2022-ci ilin aprel ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 693,1 min barrel olub.
Eləcə də bax: Bolqarıstan iyulun 1-dən Azərbaycandan qazı tam həcmdə - ALA BİLƏCƏK
Energetika Nazirliyindən FED.az-a verilən məlumata görə, bunun 579,1 min barrelini xam neft, 114 min barrelini isə kondensat təşkil edib.
Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin 26-cı iclasında qəbul edilmiş razılaşmaya əsasən, Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin aprelində daha 7 min barrel artırılaraq 682 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 36 min barrel həcmində olması nəzərdə tutulurdu.