Bolqarıstan iyulun 1-dən Azərbaycandan qazı tam həcmdə ala biləcək.
Eləcə də bax: Rusiya Bolqarıstana qaz nəqlini - DAYANDIRIR
“APA-Economics” xəbər verir ki, bu barədə cümə günü Bolqarıstanın Baş naziri Kiril Petkov parlamentdə keçirilən dinləmələrdə bildirib.
“Biz Azərbaycandan qazı iyulun 1-dən tam həcmdə ala bilərik, bu tədarük Yunanıstanla sistemlərarası qaz kəmərinin tikintisinin başa çatmasından asılı deyil”, - hökumət başçısı bildirib.
Kiril Petkov həmçinin qeyd edib ki, ABŞ-dan iki tankerə maye qazın tədarükü ilə bağlı müqavilə imzalanıb və gəmilərin boşaldılması üçün yer ayrılıb.
“Amerika qazı da Bolqarıstana çatdırılacaq, hər şey razılaşdırılıb”, - Baş nazir əlavə edib. (Apa)