"SOCAR Türkiyə" Türkiyənin dizel yanacağına olan ehtiyacını 20-25% təmin edir.
Anar Məmmədov: “Türkiyənin ehtiyaclarını ödəmək üçün daha 8 “Petkim" lazımdır”
FED.az xəbər verir ki, bunu “SOCAR Türkiyənin Emal və Neft-Kimya İş Birliyi”nin rəhbəri – PETKİM-in baş direktoru Anar Məmmədov bu gün Petkimdə SOCAR Türkiyə və onun törəmə qurumlarının fəaliyyəti ilə bağlı Azərbaycan mediası üçün təşkil edilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, şirkət Türkiyənin neft məhsullarına olan ehtiyacını 25% təmin edir.
Anar Məmmədov onu da qeyd edib ki, "SOCAR Türkiyə" Türkiyənin neft-kimya məhsulları üzrə bazarının 12%-ni əhatə edir. "SOCAR"ın Türkiyədə investisiya yatırımlarının həcmi 18 mlrd. dollar səviyyəsindədir və bu vəsaitin 10 mlrd. dolları İzmirin Əliağa bölgəsinin payına düşür.