Almaniyanın ikinci ən böyük sığorta şirkəti və ölkənin ən böyük təkrarsığortaçısı olan "Munich re" şirkəti “Şimal axını 2” qaz kəməri ilə bağlı müqaviləni ləğv edib.
Eləcə də bax: Almaniya "Simal axini-2" layihəsinə - "STOP" QOYUR
FED.az xəbər verir ki, bu barədə çərşənbə günü "Munich re" şirkətinin baş icraçı direktoru Yoahim Venninq bildirib.
Çərşənbə axşamı Almaniya kansleri Olaf bildirib ki, Almaniya 10 milyard avroya başa gələn, yarısı Qazprom tərəfindən yatırılan illik 55 milyard kubmetr ötürmə qabiliyyəti olan qaz kəmərinin sertifikatlaşdırılması prosesini dayandırır.
Scholzun sözlərinə görə, o, İqtisadiyyat Nazirliyinə daha əvvəl milli qaz tənzimləyicisinə təqdim edilmiş enerji təhlükəsizliyinə dair rəyi geri götürməyi tapşırıb.
"Səbəb Rusiyanın qondarma "DXR" və "LPR"i tanımaq qərarıdır", - Şolz bildirib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donetsk və Luqansk vilayətlərinin sərhədləri daxilində qondarma respublikaların suverenliyinin tanındığını elan edərək, separatçıların hazırda nəzarət etmədiyi ərazilərə faktiki olaraq iddialar irəli sürmüşdür.
Almaniyanın xarici işlər naziri Annalena Burbok baş verənlər fonunda “Şimal axını 2” layihəsinin dondurulduğunu bildirib. (Marja)