Almaniyada oktyabrın 1-dən etibarən elektrik enerjisi istehlakçılarından əlavə rüsum tutulacaq.
Eləcə də bax: Almaniyada şirkətlərə ofisləri çox qızdırmamaq - TÖVSİYƏ OLUNDU
FED.az xəbər verir ki, bu barədə Almaniyanın İqtisadiyyat və İqlimin Mühafizəsi üzrə Nazirliyi açıqlayıb.
Məlumata görə, istehlakçılar əlavə rüsumu yarım il ərzində - 2024-cü ilin martınadək ödəyəcək. Rüsumun məbləği hələ məlum deyil. Məbləğ qaz idxalçılarının irəli sürəcəyi kompensasiya iddiasından asılı olacaq.
Bu qərar Rusiyadan qaz idxalının azaldılması ilə bağlı qəbul olunub. (Report)