Almaniyada qış mövsümündə ictimai binalarda maksimal temperatur 19 dərəcə Selsi olacaq, isti su verilməyəcək.
Eləcə də bax: Makrondan fransızlara xəbərdarlıq:“Bolluq” və “qayğısız günlər”in sonudur
FED.az xəbər verir ki, bu tədbirlər Almaniya hökumətinin qəbul etdiyi son qərarda yer alır. İqtisadiyyat naziri Robert Habek əhalini və özəl sektoru da bundan nümunə götürməyə çağırıb.
1 sentyabrdan etibarən ictimai binalarda temperatur 19 dərəcə Selsi, intensiv fiziki iş görülən zonalarda isə 12 dərəcə Selsi olacaq, əl yumaq üçün isti su verilməyəcək. Dəhlizlərdəki qızdırıcılar isə söndürüləcək.
Bundan əlavə, saat 22.00-dan 6.00-dək bütün reklam işıqları söndürüləcək, qızdırılan ticarət mərkəzlərinin qapısının örtülü olması tələb ediləcək.
Almaniya hökuməti bu yolla qışda qaz sərfiyyatını azı 2% azaltmaq istəyir.
Yeni qaydalar xəstəxanalara şamil edilmir. (Apa)