Böyük dəyişikliklər zamanıdır. “Bolluq” və “qayğısız günlər”in sonudur.
FED.az xəbər verir ki, bu sözləri Fransa Nazirlər Şurasının iclasını giriş sözü ilə açan Prezident Emmanuel Makron söyləyib. O bildirib ki, bu gün dünyanı bürüyən ciddi böhranlar davam edir.
“Bolluğun” və “qayğısız günlər”in keçmişdə qaldığını deyən E.Makron hökuməti bugünkü böyük dəyişikliklər qarşısında birlik nümayiş etdirməyə çağırıb. Deyib ki, bu gün böyük dəyişikliklər baş verir.
Fransa Prezidenti qeyd edib ki, bu gün adaptasiya və yumşalma arasında seçim yoxdur. Belə vəziyyətlə üzləşərkən soydaşlarımız böyük təşvişlə reaksiya verə bilərlər. O, hökumət üzvlərini vəziyyəti olduğu kimi, aydın şəkildə deməyə çağırıb.
Altı ay əvvəl Ukraynada başlayan müharibənin və iqlim böhranının təsirlərini xatırladan Fransa Prezidenti maliyyə vəsaiti, texnologiya məhsulları, xammal, eləcə də içməli su baxımından “bolluğun sonu” olduğunu vurğulayıb.