Azərbaycandan bu ilin yanvar-oktyabr aylarında Yunanıstana cəmi 500,7 min ton neft ixrac edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Yunanıstana ixrac edilmiş neftin dəyəri isə 268,4 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 272,5 min ton (2,2 dəfə), dəyərində isə 123,6 milyon dollar (1,8 dəfə) artım baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayında isə Azərbaycan bu ölkəyə 144,8 milyon dollar dəyərində 228,2 min ton neft ixrac etmişdi.
Bu ilin yanvar-oktyabr aylarının nəticələrinə görə Yunanıstana ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 536 dollar olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 98 dollar (15,5%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 634 dollara bərabər olub.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında Yunanıstan 2025-ci ildə 8-ci, 2024-cü ildə isə 14-cü yerdə olub.










