Ukrayna ətrafında gərginlikdən narahat olan Asiya və Avropadakı Rusiya neftinin alıcıları, müharibə başlayarsa və sanksiyalar tətbiq edilərsə, çətin vəziyyətə düşəcəklərindən ehtiyat edərək planlarını yenidən nəzərdən keçirməyə və lotların alışını təxirə salmağa başlayıblar.
Eləcə də bax: Rusiya neftin ixrac rüsumunu - ARTIRIR
FED.az xəbər verir ki, Avropada Rusiyanın Urals markalı nefti digər markalara nisbətən ucuzlaşıb.
ING-nin baş əmtəə strateqi Uorren Patterson bildirib ki, "Ticarətçilər qeyri-müəyyənlik səbəbindən Urals almaqda tərəddüd edirlər".
Avropa gündə təxminən 2,5 milyon barel alaraq Rusiya neftinin əsas bazarı olaraq qalır.
Şirkət nümayəndələri Bloomberg-ə bildiriblər ki, Uzaq Şərqdən Rusiyan neftinin alıcıları, Rusiya sanksiyalara məruz qalacağı təqdirdə ticarət məhdudiyyətlərindən əziyyət çəkəcəklərindən getdikcə daha çox narahat olurlar.
Treyderlərin sözlərinə görə, bazar iştirakçıları aprel ayı üçün Rusiyadan satınalma planlarını yenidən nəzərdən keçirməyə, alternativ olaraq Səudiyyə Ərəbitanı nefti və ya Birləşmiş Ərəb Əmirlikləri növlərini seçməyə başlayırlar. Avropadakı bir neçə alıcı da Ukrayna ilə bağlı vəziyyətin nəticəsini gözləməyə üstünlük verdiklərini bildiriblər.
"Bazar, şübhəsiz ki, gərginliyin arxadan qaldığına hələ inanmayıb" - Patterson deyib. (Marja)