2020-ci ilin dekabr ayından etibarən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya nəql olunan Azərbaycan qazının həcmi 28 milyard kubmetri ötüb.
Bolqarıstanda qaz Azərbaycandan tədarüklər hesabına - UCUZLAŞDI
FED.az xəbər verir ki, bunu “TAP AG” şirkətinin icraçı direktoru Luka Şippati deyib.
Şippati qeyd edib ki, hesabat dövründə TAP vasitəsilə İtaliyaya 23,5 milyard kubmetrdən çox qaz nəql olunub.
TAP qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən təbii qazın Avropaya nəqlini nəzərdə tutur.
Azərbaycan 2022-ci ildə qaz ixracını 18% - 22,3 milyard kubmetrə qədər artırıb. Avropaya 11,4 milyard kubmetr qaz (+39%) ixrac edilib. 2023-cü ildə Azərbaycandan təbii qazın ixracı 24,5 milyard kubmetr həcmində planlaşdırılır, bunun 12-12,5 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq. (İnterfaks-Azərbaycan)