Bir sıra Avropa İttifaqı ölkələrində elektrik enerjisinin qiyməti 26 avqust tarixi üçün çatdırma şərti ilə bir MVt/saat üçün 700 avronu ötüb.
Eləcə də bax: Almaniya qənaət rejiminə - KEÇİR
FED.az xəbər verir ki, bunu “Nord Pool” elektrik enerjisi birjasının məlumatları göstərir.
Məlumata görə, Avstriyada qiymət bir MVt/saat üçün 707,23 avroya, Fransada – 706,32 avroya, Belçikada – 700,41 avroya çatıb, Almaniya, Niderland və Danimarkada isə 690 avronu üstələyib.
Bir gün əvvəl bu ölkələrdə elektrik enerjisinin orta qiyməti 630 avro sərhədini aşmırdı. (Apa)