Avropa İttifaqının (Aİ) Qonşuluq siyasəti və Genişlənmə məsələləri üzrə Komissarı Oliver Varhelyi Azərbaycan qazının Avropaya nəqlini yaxşı xəbər adlandırıb.
Eləcə də bax: Azərbaycan qazı Avropada! – İldə 10 milyard kubmetr! – RƏSMİ AÇIQLAMA
FED.az xəbər verir ki, Aİ Komissarı bu barədə “Twitter”də bildirib.
“İlə başlamaq üçün yaxşı xəbər! Artıq TAP boru kəməri Azərbaycandan Avropaya təbii qaz nəql etməyə başlayıb. Cənub Qaz Dəhlizi hazırda fəaliyyət göstərir və biz onun Qərbi Balkanlara qədər uzadılması imkanını araşdırmaqda çox maraqlıyıq”, - deyə O. Varhelyi qeyd edib. (Apa)