Azərbaycanda alternativ enerji sahəsində hərracların keçirilməsi qaydalarının hazırlanması prosesi bu ilin sonunadək başa çatdırılacaq.
FED.az xəbər verir ki, bu barədə Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov "Jurnalistlər üçün biliklər və anlayışlar" adlı təlim çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Eləcə də bax: Azərbaycan alternativ enerji ilə bağlı - HƏRRACLAR BAŞLAYIR -
Qeyd edək ki, Azərbaycan alternativ enerji mənbələrinin inkişafı çərçivəsində 8 sahə üzrə (3-ü günəş enerjisi, 5-i isə külək enerjisi üzrə) hərracların keçirilməsini planlaşdırır.
S. Axundovun sözlərinə görə, hazırda hərrac qaydalarının hazırlanması prosesi gedir və bu proses cari ilin axırınadək başa çatdırılacaq. Gələn il isə sahələr üzrə texniki məsələlərin həlli aparılacaq ki, bu sahədə hazırda müvafiq dövlət orqanları ilə işlər aparılır ("Azərenerjı", "Azərişıq", Əmlak Məsələləri Dövlət Komitəsi və s.): “Azərbaycanda alternativ enerji sahəsində ilk hərrac gələn il ərzində keç
YENİLİKiriləcək. Bu məsələ öz həllini ölkədə alternativ enerji sahəsində qanunun qəbulundan sonra öz həllini tapacaq”, - deyə S. Axundov əlavə edib.
Apa