“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 01 aprel 2023-cü il tarixinədək buradan 396 mlrd. kubmetr qaz hasil edilib.
Azərbaycanın AÇG və Şahdəniz üzrə gəlirləri - AÇIQLANIB
FED.az xəbər verir ki, Energetika Nazirliyindən verilən məlumata görə, qeyd olunan dövrdə AÇG-dən 207 mlrd. kubmetr, “Şahdəniz”dən isə 189 mlrd. kubmetr qaz hasil edilib.
“Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 133 mlrd. kubmetrə yaxını ixraca nəql edilib”, - məlumatda qeyd olunur.
Qeyd edək ki, 2023-cü ilin yanvar-mart ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 12,2 mlrd. kubmetr təbii qaz hasil edilib. Qazın 3,3 mlrd. kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 6,7 mlrd. kubmetri “Şahdəniz”dən, 2,2 mlrd. kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 3 faiz, yəni 356 mln. kubmetr artımla qaz hasil edilib. (Apa)