Bu ilin birinci rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokundan SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin "Neft Daşları"ndakı qurğu vasitəsilə 0,7 mlrd. kubmetr səmt qazı ötürülüb ki, bu da illik müqayisədə 16,7% çoxdur.
SOCAR qazma, hasilat, emal və ixrac göstəricilərini - AÇIQLADI
FED.az xəbər verir ki, bu barədə BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin birinci rübünün nəticələrinə həsr olunmuş hesabatda bildirilir.
Sənədə əsasən, hesabat dövründə AÇG-dən SOCAR-a gündə orta hesabla 7,4 mln. kubmetr qaz verilib.
“Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub”, - hesabatda qeyd olunur.