“Azərbaycanda qaz təchizatında sosial siyasətin bir mühüm məqamı da əhali abonent qrupunda qazdan istifadəyə dair aşağı tarifli illik limit həddinin ayırd olunmasıdır”.
Eləcə də bax: Azərbayan qazı hansı ölkəyə - NEÇƏYƏ SATILIR? – MƏBLƏĞLƏR
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, hər il əhali abonentlərinə hər kubmetri 10 qəpikdən hesablanan 2200 kubmetr limit verilir:
“Bu ilin yanvar-aprel ayları ərzində limit həddini keçən əhali abonentlərinin sayı 122 500 (5,19%), limit daxilində qaz istehlak etmiş abonent sayı isə 2 236 410 (94,81%) təşkil edib”.
Xatırladaq ki, 2020-ci ildə əhali abonentlərinin 20.9 %-i illik hər kubu 10 qəpikdən satılan 2200 kubmetrlik güzəştli limit həddini keçib. Yerdə qalan 79.1 % əhali abonenti isə qazdan güzəştli limit daxilində istifadə edib. 2021-ci il may ayının 1-nə olan məlumata görə “Azəriqaz” İstehsalat Birliyində qeydiyyata alınan təbii qazla təmin olunan əhali abonentlərinin sayı 2 milyon 358 min 910-a bərabər olub.