Hörmüz boğazı ən azı ayın sonuna qədər bağlı qalarsa, neftin qiyməti barel üçün 150 dollara, hətta 200 dollara qədər yüksələ bilər.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə "The Economist" jurnalı analitiklərə istinadən məlumat verib. Jurnal qeyd edir ki, bu baş versə, dünya iqtisadi böhranına səbəb olacaq.
Tramp: Hörmüz boğazından neft alan ölkə həmin nefti boğazdan özü keçirməlidir
Jurnal yazır: "Əgər Hörmüz boğazı ən azı ayın sonuna qədər bağlı qalarsa, bəzi analitiklər neftin qiymətinin bir barel üçün 150 dollara və ya hətta 200 dollara qədər yüksələ biləcəyinə inanırlar. Bu, qlobal tənəzzül üçün bir resept ola bilər".
Dubayın əmlak bazarı və tikinti şirkətlərinin - SƏHMLƏRİ ÇÖKÜB, SÜRƏTLƏ UCUZLAŞIR
Xatırladaq ki, 28 fevralda ABŞ və İsrail İrana hücum edərək hərbi əməliyyatlara başlayıblar. Yaranan hərbi münaqişə nəticəsində Hörmüz boğazında nəqliyyat demək olar ki, dayanıb. Martın əvvəlində İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Hörmüz boğazından keçməyə çalışan hər hansı bir gəmini yandırmaqla hədələyib, ABŞ, Avropa və digər ölkələrlə əlaqəsi olan gəmilərin tranziti qadağan edilib.
Xatırladaq ki, Hörmüz boğazı, Fars körfəzi ölkələrindən Asiya bazarlarına tankerlərlə neft daşınmasını asanlaşdırdığı üçün dünyanın ən vacib dəniz dəhlizlərindən biri hesab olunur. Dünyanın xam neft, kondensat və neft məhsullarının 15-20%-i, eləcə də mayeləşdirilmiş təbii qazın 30%-dən çoxu bu boğazdan keçir. Həmçinin Fars körfəzində istehsal olunan qara qızılın 90%-i buradan ixrac olunur.











