Neft və qaz şirkəti olan “Chevron” Azərbaycandakı aktivlərini Macarıstanın “MOL” şirkətinə 1,57 milyard dollara satıb.
FED.az xəbər verir ki, bu barədə Amerika şirkətinin cümə axşamı yaydığı mesajında deyilir.
Azərbaycan nefti 20 dollara düşüb - SON QİYMƏT
“Chevron” korporasiyası bu gün onun törəmə şirkətlərinin “Azəri-Çıraq-Günəşli” neft yatağı blokundakı və Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərindəki səhmlərini “MOL Hungary Oil and Gas PLC” şirkətinə 1,57 milyard dollara satdığını elan edib”.
SOCAR: "Heç bir ixtisarla bağlı müzakirə aparılmır"
Paralel olaraq «Mol Group» da alqı-satqı müqaviləsinin uğurla başa çatması barədə açıqlama yayıb. FED.az-ın məlumatına görə, şirkətin açıqlamasında bildiriir ki, «Chevron»la aparılan əməliyyat nəticəsində şirkət Azərbaycanda «Əsrin Müqaviləsi»ndə (Azəri-Çıraq-Günəşli yatağı) 9,57% və Bakı-Tbilisi-Ceyhan kəmərində 8,9% paya malik olacaq. Alqı-satqının ümumi məbləği 1,57 milyard dollardır.
Bu müqavilədən sonra Macarıstanın «MOL» şirkəti «Əsrin müşaviləsi»ndə Azərbaycanın 3-cü böyük partnyoruna çevrilir. Şirkət bildirir ki, bu müqavilə «M & E» şirkətinin kəşfiyyat və hasilat portfelinin yaradılmasında tarixi addımdır.
Layihənin operatoru olan «BP» şirkəti 2017-ci ildə müddəti 2049-cu ilədək uzadılan müqavilədə çıxarıla bilən ehtiyatların həcmini 3,3 milyard dollar həcmində qiymətdəndirir.
İlham Əliyev: «Neftin qiyməti bərpa olunmasa, bizi əlavə itkilər gözləyir»