2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan elektrik enerjisinin ixracı 1 milyard 841,8 milyon kVt·st təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 31% çoxdur.
Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri 9 dəfədən çox artıb
FED.az xəbər verir ki, Energetika Nazirliyindən verilən məlumata görə, 9 ay ərzində ölkəyə elektrik enerjisinin idxalı 179,6 milyon kVt·st təşkil edib, bu da 2022-ci ilin yanvar-sentyabr aylarının göstəricisindən 1,9 dəfə çoxdur.
Nazirliyin məlumatına görə, sentyabr ayında elektrik enerjisinin idxalı 313,4 milyon kVt·st, ixracı - 10,3 milyon kVt·st təşkil edib.
2022-ci ildə Azərbaycanda elektrik enerjisinin istehsalı 28 988,5 milyon kVt•st (artım 4%), ixracı 3 milyard 3,8 milyon kVt•st (artım 79,5%), idxalı isə 137,1 milyon kVt•st (azalma 9,6%) olub