2025-ci ildə "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta illik ixrac qiyməti məlum olub.
FED.az xəbər verir ki, aparılan hesablamalara görə, ötən il Azərbaycan neftinin orta qiyməti 71.1 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, əvvəlki illə müqayisədə neftin orta qiyməti 14% azalıb. Belə ki, 2024-cü ildə Azərbaycan neftinin orta ixrac qiyməti 82.87 ABŞ dollarına bərabər olub.
2025-ci il ərzində ən yüksək göstərici, 84.78 ABŞ dolları təşkil edib, ən minimal göstərici isə 61.83 ABŞ dolları səviyyəsində olub.
Xatırladaq ki, ötən il Azərbaycanın dövlət büdcəsində bir barel neftin orta illik ixrac qiyməti 70 ABŞ dollarından hesablanmışdı. Cari il isə xam neftin bir barrelinin orta illik ixrac qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb. (Apa)










