«Fitch Ratings» reytinq agentliyi Yaxın Şərqdəki gərginliyin səbəb ola biləcəyi neft tədarükündəki fasilələrə görə 2024-cü il üçün neftin qiyməti proqnozunu 120 dollar/barel səviyyəsinə qaldırıb.
Gələn il dövlət büdcəsində neft gəlirləri üzrə "yaxsı" və "pis" ssenarilər - AÇIQLANIB
FED.az-ın məlumatına görə, agentlik eyni zamanda elan edib ki, gözləniləndən yüksək olan neft qiymətləri iqtisadi artımı zəiflədə və inflyasiyanı yüksəldə bilər.
Qeyd edək ki, «Fitch Ratings»in sentyabr ayında açıqladığı Qlobal İqtisadi Görünüş (GEO) Hesabatında neft qiymətlərinin 2024 və 2025-ci illərdə müvafiq olaraq orta hesabla 75 və 70 dollar olacağı proqnozlaşdırılırdı.
İki gün əvvəl dərc olunan yeni hesabatda isə Yaxın Şərqdəki geosiyasi gərginliyin də 2024-2025-ci illər ərzində yüksək neft qiymətlərinin əsas artım və inflyasiyaya təsiri araşdırılıb.
Bu kontekstdə “Fitch Ratings” geosiyasi gərginlik səbəbindən yarana biləcək tədarük məhdudiyyətləri səbəbindən neftin qiymətinin 2024-cü ildə orta hesabla 120 dollar/barelə yüksələcəyini proqnozlaşdırır və bu rəqəmin 2025-ci ildə 100 dollar olacağını proqnozlaşdırır.