2022-ci ildə İtaliya Azərbaycandan 13 milyard 253 milyon 515,481 min avro dəyərində təbii qaz idxal edib.
2023-cü ilin yanvar ayında Azərbaycan neftinin ən böyük idxalçıları açıqlanıb - SİYAHI
FED.az xəbər verir ki, bu barədə Avrostatın materiallarında deyilir.
Statistik məlumatlara əsasən, 2021-ci ildə İtaliyadan Azərbaycana qaz idxalının dəyər həcmi 3 milyard 377 milyon 214,666 minavro təşkil edib.
Beləliklə, 2022-ci il ərzində Azərbaycanda qaz alışına İtaliyanın xərcləri təqribən 3,9 dəfə artıb.
2022-ci ilin IV rübündə İtaliya Azərbaycandan qaz alışına 3 milyard 610 milyon 747,474 mijn avro sərf edib, bu da 2021-ci ilin analoji dövrünün göstəricisindən 1,8 dəfə çoxdur.
İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyinin məlumataına görə, 2022-ci ildə TAP kəməri ilə bu ölkəyə qaz nəqli 10 milyard 325 milyon kubmetr (2021-ci ilin göstəricisndən +43,1%) təşkil edib.
TAP qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən təbii qazın Avropaya nəqlini nəzərdə tutur.
2022-ci ildə Azərbaycan ixracın həcmini 18% - 22,3 milyard kubmetrə qədər artırıb.Avropaya 11,4 milyard kubmetr qaz (2021-ci illə müqayisədə artım 39%) ixrac olunub.
2023-cü ildə qaz ixracının 24 milyard kubmetr təşkil edəcəyi planlaşdırılır, bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.
Hazırda Aİ-də Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır. (İnterfaks-Azərbaycan)