Tovuza güclü dolu əkin sahələrinə və meyvə ağaclarına zərər vurub.
Sədr: "Aqrar Sığorta Fondu əkin sahələrinin 98%-ni əhatə etmək gücündədir"
FED.az xəbər verir ki, gecə saatlarında güclü yağışdan sonra yağan dolu rayonun Əhmədabad kəndində fəsadlar törədib.
Hava şəraiti səbəbindən kənd yollarında nəqliyyatın hərəkətində də çətinliklər yaranıb. Sel suları sakinlərin əkin sahələrinə dolub, təsərrüfata ziyan dəyib. Bundan başqa, kəndin yollarına ciddi ziyan dəyib.
Həmçinin elektrik enerjisinin verilməsində fasilələr yaranıb. (Apa)