Şəmkirə yağan güclü dolu bir sıra fəsadlar törədib.
Kəskin soyuqlar ölkədə məhsul qıtlığına səbəb olacaq? - Nazirlikdən AÇIQLAMA
FED.az xəbər verir ki, dolu əsasən rayonun Seyfəli, Yeni Həyat, Çinarlı qəsəbəsi və digər kəndlərinə düşüb.
Dolu səbəbindən meyvə bağlarına, istixanalara və digər təsərrüfatlara zərər dəyib.
Bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Qeyd edək ki, Gədəbəy və Daşkəsən rayonuna da dolu yağıb.
Hazırda Qərb bölgəsində yağıntılı hava şəraiti davam edir. (Report)