Mərkəzi Bank tərəfindən “yaşıl maliyyə”nin inkişafı məqsədilə “yaşıl taksonomiya” üzərində iş aparılır.
AMB və IFC "yaşıl maliyyə" taksonomiyasının hazırlanmasını müzakirə ediblər
FED.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda keçirilən konfransda deyib.
M.Babayev qeyd edib ki, bu taksonomiya vasitəsilə iqtisadi fəaliyyətlər “yaşıl standart”lar əsasında təsnifləşdiriləcək, müəssisələr dayanıqlı və ekoloji cəhətdən təmiz investisiyalara daha çox dəstək alacaqlar: “Bu, KOB-ların yaşıl keçidini maliyyələşdirmək üçün mövcud maliyyə resurslarından daha effektiv şəkildə istifadə etmələrinə şərait yaradacaq”. (Azərtac)