Azərbaycan Mərkəzi Bankı (AMB) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında "yaşıl maliyyə" taksonomiyasının hazırlanması müzakirə edilib.
Azərbaycan İsveçrə ilə bank sektorunda əməkdaşlıq perspektivlərini müzakirə edib - FOTOLAR
FED.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"IFC-nin iqlim məsələləri üzrə qlobal direktoru Cemi Fergüsson ilə görüşdən məmnun olduq. Görüşdə COP29 və yaşıl maliyyə üzrə hədəf və öhdəliklər, eləcə də dayanıqlı maliyyə üzrə əlverişli mühitin formalaşdırılması və taksonomiyanın hazırlanmasında əməkdaşlıq məsələlərini müzakirə etdik, dayanıqlı iqtisadiyyata keçid istiqamətində gördüyümüz tədbirlər ətrafında fikir mübadiləsi apardıq. İki qurum arasında qarşılıqlı maraq doğuran digər məsələlər və əməkdaşlıq perspektivləri də nəzərdən keçirildi", - deyə o qeyd edib.