Azərbaycanın tanınmış sement istehsalçılarından olan «Norm» şirkəti ilk dəfə olaraq «Dayanıqlı İnkişaf» haqqında illik hesabatını hazırlayaraq ictimaiyyətə təqdim edib.
FED.az xəbər verir ki, hesabatda şirkətin fəaliyyəti ilə yanaşı, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə həyata keçirdiyi təşəbbüslər və bu təşəbbüslər çəçivəsində şirkətin gördüyü işlər açıqlanır.
«Biz sement istehsalının ətraf mühitə və yerli icmaların sosial strukturuna mənfi təsir göstərə biləcəyini anlayırıq»-deyə «Norm»un Baş Direktoru Henninq Sasse, hesabatın ön sözündə bildirir.
«Biz, NORM olaraq, dayanıqlı inkişaf prinsiplərini biznes əməliyyatlarımıza inteqrasiya etməklə həmin təsirlərin minimuma endiriləcəyinə inanırıq. Biz həmçinin ekoloji təsirlərimizin azaldılması, işçi və podratçılarımızın sağlam və təhlükəsiz iş mühiti ilə təmin edilməsi, eləcə də uzunmüddətliosial və iqtisadi dəyərlər yaratmaq üçün cəmiyyətimiz və dövlətimiz ilə sıx münasibətlərin qurulmasının vacibliyini dərk edirik.
Şirkətimizdə təhlükəsizlik mədəniyyətinin inkişaf etdirilməsində əldə etdiyimiz müvəffəqiyyətin sübutu olaraq, 2016-cı ili 4 və 2017-ci ili 2 bədbəxt hadisə ilə başa vursaq da, 2018-ci ilin əvvəlindən hazırkı Hesabatın hazırlanma tarixinədək işçilərimiz xəsarət hadisələrini yaşamamışdır.
Baş direktor bildirir ki, göstərilən məqsədlərə nail olmaq üçün şirkət öz daxilində də işlər aparır: «Bizim digər ən böyük müsbət təsirimiz müştərilərimiz üçün, eləcə də ətraf mühiti qorumaq və cəmiyyətin rifahını artırmaq məqsədilə dəstəklədiyimiz tərəfdaşlıq və proqramlar çərçivəsində gördüyümüz işlərlə bağlıdır. Bundan əlavə, şirkətdaxili müəyyən etdiyimiz hədəflər əməliyyatlarımızii ehtiyatlar və elektrik enerjisindən istifadəni azaltmaq məqsədilə optimallaşmış texnologiyaları tətbiq etməyə çağırır».
NORM-da biz, ölkəmizin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə həyata keçirdiyi təşəbbüsləri də dəstəkləyir və növbəti illər üçün öz dayanıqlı inkişaf strategiyamızı və fəaliyyət sahələrimizi bu məqsədlər əsasında qurmağı planlaşdırırıq. Bizim dayanıqlı inkişaf üzrə ilk hesabatımız maraqlı tərəflərlə dürüst və şəffaf dialoqun qurulması üzrə strategiyamızın məntiqi davamıdır. Bizim yanaşmamız xidmət göstərdiyimiz cəmiyyətdə mövcud ehtiyacların müəyyənləşdirilməsindən başlayır və əsas məqsədimiz biznes maraqlarımızı müxtəlif maraqlı tərəflərin tələbləri ilə uyğunlaşdırmaq və onlarla qarşılıqlı əməkdaşlığı qorumaqla cəmiyyətdə müsbət dəyişikliklərə təkan verməkdir».