“Dənizdə olan krevetlərin ovlanmasında kvotalar var”.
Eləcə də bax: Xəzər dənizinin nərə balığı ehtiyatı - Açıqlanıb
FED.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov “Ekspert saatı”nda çıxışı zamanı deyib.
O qeyd edib ki, Xəzər dənizinin Azərbaycan sektorunda Abşerondan başlayaraq cənub hissəyə qədər krevetlər üçün əlverişli yerlər mövcuddur: “Yəni həmin ərazilərdə krevetlər çoxdur. Təbii ki, ovlanma icazə və kvota əsasında olmalıdır”.
M.Axundov vurğulayıb ki, dəniz xərçənglərinə isə daha çox Xəzərin Azərbaycan sektorunun şimal hissəsində rast gəlinir. (Report)