“Hazırda Xəzər dənizi hövzəsində nərə balıqlarının vəziyyəti stabil və aşağıdır”.
Eləcə də bax: Xəzərdə nərə balıqlarının ehtiyatı - Azalır
FED.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov “Ekspert saatı”nda çıxışı zamanı deyib.
O qeyd edib ki, bu tendensiya Xəzər dənizin bütün akvatoriyalarında özünü büruzə verir: “90-cı illərin sonunda Xəzəryanı ölkələrdə ümumən 30 min ton balıq (2 min ton kürü çıxarıldı) ovlanırdısa, bu rəqəm 2005-ci ildən sonra 1000 ton civarında olub. Sovetlər dağılandan sonra Xəzər dənizində daha çox qeyri-qanuni balıq ovu dövrü idi. 2011-ci ildən isə nərə balıqlarının ovu ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq edildi”.
Nazirlik rəsmisi bildirib ki, hazırda Xəzər dənizi hövzələrində nərə balığının artırılması üçün Xəzəryanı ölkələrdə balıqartırma zavodları fəaliyyət göstərir: “Əgər bu fəaliyyət olmasaydı, biz indi Xəzər dənizində nərə balıqlarının popolyasiyasını təmin edə bilməzdik. Populyasiyanın demək olar ki, 99 %-i məhz nərə balıqartırma zavodunun fəaliyyəti ilə mümkün olur. Su-elektrik bəndlərinin tikilməsi kürü tökmə prosesinə də mənfi təsir göstərir. Qızıl balıqlar da bu zavodların fəaliyyəti nəticəsində əldə olunur. Xəzər dənizində 2 növ - Kür və ağ qızıl balığı növü var”. (Report)