Britaniyanın Azərbaycandakı neft şirkəti sahibsiz itlərin öldürülməsi üçün podratçı şirkətə pul ödəyib.
Eləcə də bax: Sahibsiz heyvanlara rəhmsiz davranışa görə cərimələrin məbləği - ARTIRILA BİLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin (OCCRP) hesabatında bildirilir.
“İnvoyslar göstərir ki, şirkət [BP Azərbaycan] “Bos Shelf” şirkəti ilə müqavilə imzalayaraq, tikinti yaxınlığında sahibsiz itlərin hər birinin öldürülməsi üçün 460 manat ($270) ödəniş edib”.
OCCRP əlavə edir ki, bu da həmin dövrdə zavodda çalışan bəzi işçilərin aylıq əməkhaqqına bərabər idi.