Təəssüflər olsun ki, Qafqazda suyu ən azı olan dövlət Azərbaycandır.
Baş nazir sudan maksimum səmərəli istifadə etməyə çağırıb
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı Baş nazir Əli Əsədov bildirib.
“İki əsas su mənbəyi Azərbaycandan kənarda formalaşır və son istifadəçi Azərbaycandır. Bu gün əhalimizin sayı 10 milyondur, 2040-cı ilə qədər 12,5 milyona çatacağını proqnozlaşdırırıq. Bu il orta illik sudan istifadəmiz 21 milyard kubmetr olacaq. 2040-cı ilə kimi bu, 2,1 dəfə artacaq”, - deyə Əli Əsədov bildirib. (Apa)