Yanvarın 13-14-də Bakıya güclü qar yağması və şaxtaya baxmayaraq Heydər Əliyev Beynəlxalq Aeroportu ştat rejimdə çalışaraq uçuşların cədvəl üzrə həyata keçirilməsini təmin edir.
FED.az xəbər verir ki, bu barədə hava limanı məlumat yayıb.
4-18 dərəcə şaxta olacaq - QAR YAĞACAQ - SABAHİN HAVASI
37 santimetr qalınlıqda qar yağıb - Faktiki hava açıqlandı
«Kompleks hazırlıq işləri çərçivəsində biz qarlı hava şəraitində etibarlı hava hərəkətini təmin etməyə tam hazırıq»-deyə açıqlamada bildirilir.
Hava limanından o da bildirilib ki, sonrakı günlərin hava proqnozuna uyğun da plan hazırlanıb: «Aeroporta cəlb edilən resurslar növbəti gün üçün hava proqnozuna uyğun hazırlanıb ki, bu da dəyişikliklərə tez reaksiya verməyə və mümkün mənfi təsirləri minimuma endirməyə imkan verir».