Hazırda ölkənin su anbarlarında kifayət qədər su ehtiyatı var.
Dövlət Agentliyinin sədri: "Azərbaycanın su anbarlarındakı ehtiyatlar bir ilə bəs edə bilər"
FED.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin baş məsləhətçisi Sarvan Ağayev deyib.
O bildirib ki, hazırda ölkənin ən böyük su anbarları dolub:
"Bu da yağan yağışların və çaylarımızda suyun səviyyəsinin artmasına görədir. Yaz fəslində yağışlı günlərin olmasını nəzərə alaraq su anbarlarında səviyyəni qorumaq üçün müəyyən qədər suyu azaltmışıq".
Onun sözlərinə görə, azad edilmiş ərazilərdə ən böyük su anbarı olan Sərsəngdə də kifayət qədər su var.
"Ümumi olaraq ölkə üzrə su anbarlarında 18 milyard m³ su ehtiyatı toplanıb. Bu da kifayət qədər yaxşı rəqəmdir", - deyə agentlik rəsmisi qeyd edib. (Trend)