2020-ci ildən bu yana Azərbaycanda su anbarlarında təqribən 5 milyard kubmetrdən çox su toplanıb.
Azərbaycanın yerüstü və yeraltı su ehtiyatlarının həcmi - AÇIQLANIB
FED.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov Bakı Su Həftəsi Beynəlxalq Konfransında ("Baku Water Week Conference") deyib.
"Bu, ciddi tənzimləmə, dürüstləşdirmə və qrafiklər nəticəsində olub. Ötən ilə nisbətən anbarlarda olan su ehtiyatları 3 milyard kubmetr daha çoxdur. Bunlar yaxşı nəticələr olsa da üzünmüddətli strategiyaya və inkişaf yoluna baxdıqda toplanan su bir il və ya ilin yarısına bəs edəcək həcmdədir", - deyə o qeyd edib.
Ə.Şirinov hesab edir ki, iqlim dəyişiklərinin sürətini urbanizasiyanı və əhalinin artımını nəzərə alsaq Azərbaycan qətiyətlə yeni müasir texnologiyaların istifadəsinə, yeni əməkdaşlıqlara açıq olmalıdır.
Azərbaycanın şirin suya olan illik tələbatı 10 milyard kubmetr təşkil edir. (Report)